OPEC-in iclası ləğv edildibackend

OPEC-in iclası ləğv edildi

OPEC+ texniki komitəsinin oktyabrın 4-nə planlaşdırılan iclası ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib.

Qərarın səbəbi açıqlanmayıb.

Qeyd edək ki, OPEC alyans ölkələri nümayəndələrinin 2020-ci ilin martından bəri ilk dəfə oktyabrın 5-də təşkilatın Vyanadakı mənzil-qərargahında üzbəüz görüş keçirəcəyini bildirib. Əvvəlcə monitorinq komitəsinin iclası, daha sonra isə nazirlərin iclası nəzərdə tutulub.

İddialara görə, OPEC+ ölkələri neft hasilatını sutkada 1 milyon bareldən çox azaltmağı nəzərdən keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*