Oqtay Əliyev dəfn olundu – FOTO/VİDEO – YENİLƏNİBbackend

Oqtay Əliyev dəfn olundu - FOTO/VİDEO - YENİLƏNİB

Əməkdar mədəniyyət işçisi, prodüser, rejissor Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

KONKRET.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və media mənsubları iştirak edib.

Qeyd edək ki, Oqtay Əliyev martın 22-də yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Xatırladaq ki, Oqtay Əliyev təsisatçısı olduğu “SOY” pradakşınla birgə onlarla televiziya layihəsinin müəllifi və baş prodüseri olub.

***

13:38

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə vida mərasimi başa çatıb.

KONKRET.az xəbər verir ki, mərhumun yaşadığı mənzildə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Hazırda mərhumun nəşi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.

***

10:30

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevlə vida mərasimi başlayıb.

KONKRET.az xəbər verir ki, sənətçi ilə vida mərasimində mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Oqtay Əliyev Abşeronun Mehdiabad qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, dünən O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Baku TV-nin mərhumla vida mərasimindən canlı yayımını təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*