Oqtay Şirəliyevin yerinə təyinat – Fotobackend

Oqtay Şirəliyevin yerinə təyinat - Foto

Respublika Diaqnostika Mərkəzi ASC-nin yeni baş direktoru seçilib.

KONKRET.az qaynarinfo-ya istinadla xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Rəşid Şamil oğlu Vəzirov gətirilib.

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib.

Oqtay Şirəliyev bu ilin 3 oktyabrında 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə ayın 9-da, saat 10:00-da Respublika Diaqnostika Mərkəzi ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*