Orban Qəbələdən dünyaya “TÜRK MESAJI” VERDİ – “Avropa Ukraynada müharibə edir, Türk dövlətləri isə…”backend

Orban Qəbələdən dünyaya "TÜRK MESAJI" VERDİ - "Avropa Ukraynada müharibə edir, Türk dövlətləri isə..."

Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatına (TDƏT) üzv ölkələr dialoq və davamlı sülhün tərəfdarıdır. 

KONKRET.az xəbər verir ki, bu fikiri Macarıstanın Baş naziri Viktor Orban səsləndirib.

“Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının 12-ci Sammitində Macarıstan və türk dövlətləri bir daha sülhə sadiqliklərini təsdiqlədilər. Avropa İttifaqı Ukrayna cəbhəsində müharibə apararkən biz birlikdə dialoq və davamlı sülhə tərəfdarıq”, – Viktor Orban sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, oktyabrın 7-də Qəbələdə TDƏT-in 12-ci sammiti keçirilib. Tədbirdə təşkilata üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*