Macarıstanın baş naziri Viktor Orban Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə görüşməsi ehtimalı səbəbindən Avropa İttifaqı (Aİ) liderlərinə Ukrayna ilə bağlı hər hansı qərar qəbul etməməyi tövsiyə edəcək.
KONKRET.az-ın xəbərinə görə, o, məqaləsində bunu izah edib.
Onun sözlərinə görə, Aİ “qəribə vəziyyətdədir” və bununla tam məsuliyyətlə məşğul olmaq lazımdır.
Orban vurğulayıb ki, Brüssel düşünülməmiş hərəkətlərlə potensial sülh sazişinə mane olmamalıdır.
“Hər görüşdə çoxdandır ki, təklif etdiyim başqa bir şey var. Mən bunu bu gün edəcəm, amma heç vaxt razılaşmayacaqlar. Söhbət Aİ-nin Rusiya ilə öz danışıqlarına başlamasından gedir”, – o, deyib.
Qeyd edək, bundan əvvəl Orban bəyan etmişdi ki, Ukraynada münaqişə davam etdiyi müddətdə Avropada iqtisadi artım olmayacaq.
“Avropalıların pulları Ukraynaya axır və bunun müqabilində biz yüksək enerji qiymətləri, hərbi inflyasiya və çöküş ərəfəsində olan milli iqtisadiyyatları alırıq”, – deyə siyasətçi bildirib.
Dəniz Pənahova
KONKRET.az
