Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı Macarıstan siyasətinə müdaxilədə ittiham edib.
KONKRET.az-ın xəbərinə görə, Orban bəyan edib ki, Ukrayna kəşfiyyatı ölkədəki pro-ukrayna “Tisa” partiyasına sızıb və texnoloji dəstək göstərərək öz tərəfdarlarının hakimiyyətə gəlməsinə kömək edir.
“Bir zamanlar deyirdik: ‘Ruslar artıq anbarımızdadır’, indi isə deməliyik: ‘ukraynalılar artıq sizin smartfonunuzdadır’. Biz buna imkan verməyəcəyik!”, – deyə Orban bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az