backend

"Oruc Rəis" Antalyaya geri qayıtdı - Afina alqışladı

“Oruc Rəis” gəmisinin Antalyaya geri qayıtması vacib hadisədir.

KONKRET.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiryakos Miçotakis keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Türkiyə tərəfdən bu addımların davamının gəlməsini ümid edir:

“Türkiyə ilə Yunanıstan arasında dialoq qurula bilər. Yaxşı niyyətli dialoq yaranmış problemin həll variantıdır. Son dərəcə aktiv siyasət apardıq, ittifaqlar qurduq və Avropanı yanımıza çəkdik. Bölgədə gərginliyin azaldılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə bilərəm. Belə bir təşəbbüsə qarşı deyiləm”. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*