Ötən il 190 milyon manata yaxın ƏDV GERİ QAYTARILIBbackend

Ötən il 190 milyon manata yaxın ƏDV GERİ QAYTARILIB

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 361.5 milyon manatdan çox, ötən il isə 190.0 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb ki, bu da 2021-ci illə müqayisədə 36.9%-dən çoxdur.

KONKRET.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Dövlət Xidmətindən verilən məlumata əsasən, 2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 64.3 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da 2021-ci illə müqayisədə 77.5% çoxdur.

Xatırladaq ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə əsasən, nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15%-dən 17.5%-ə qədər artırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*