Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı AÇIQLANDIbackend

Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı AÇIQLANDI

Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı açıqlanıb.

KONKRET.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda müxtəlif qanun pozuntularına yol verdikləri üçün polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 4 805, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 685 azyaşlı gətirilib.

Bildirilib ki, onların biri haqqında qanunauyğun tədbirlər görülüb. Həmin şəxslərdən 258-i polisdə profilaktiki qeydiyyata götürülüb, şəhər, rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyalara 352 material göndərilib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*