“Ötən il qeydə alınan cinayətlərin 87,3 faizinin üstü açılıb” – Kamran Əliyevbackend

"Ötən il qeydə alınan cinayətlərin 87,3 faizinin üstü açılıb" - Kamran Əliyev

Prokurorluq və daxili işlər orqanlarının qarşılıqlı və effektiv əməkdaşlığı nəticəsində ötən il qeydə alınan 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunub. Bu cinayətlərin 94,2 faizinin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*