Otuz mindən çox bank parolu oğurlandı və satışa çıxarıldı backend

Otuz mindən çox bank parolu oğurlandı və satışa çıxarıldı 

Avstraliyada bir kiberkəşfiyyat qrupu tərəfindən aparılan araşdırma ölkədə və dünyada kiberhücumların miqyasını üzə çıxarıb. Araşdırmalar nəticəsində 31 mindən çox bank parolunun oğurlandığı və “Teleqram” kimi mesajlaşma platformalarında yayıldığı müəyyən edilib.

KONKRET.az-ın xəbərinə görə, tədqiqatçılar bildirib ki, istifadəçilərin şəxsi cihazlarına yerləşdirilən zərərli proqram təminatı vasitəsilə bank giriş məlumatları ələ keçirilib.

Oğurlanmış parolların bir hissəsinin kiberhücum qrupları tərəfindən satışa çıxarıldığı qeyd olunub.

Qlobal miqyasda 31 milyondan çox cihazda bu cür zərərli proqramların mövcud olduğu aşkarlanıb.

Təkcə Avstraliyada isə 58 minə yaxın cihazın bu zərərli proqramlardan təsirləndiyi bildirilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*