Overçuk İrəvanda Paşinyanla görüşdübackend

Overçuk İrəvanda Paşinyanla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

KONKRET.az xəbər verir ki, görüş zamanı Ermənistan-Rusiya münasibətlərinin aktual məsələləri müzakirə edilib.

Ermənistan və Rusiya Federasiyası, eləcə də Aİİ formatında qarşılıqlı fəaliyyət, Cənubi Qafqazda kommunikasiya xətlərinin açılaması imkanlarına toxunulub.

Paşinyan yenə də “Dünyanın kəsişməsi” layihəsini ortaya atıb və suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlıq prinsipləri əsasında regional nəqliyyat kommunikasiyaların açılmasına hazır olduqlarını deyib.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*