“Oyun bitib, Paşinyan bizə qırmızı paltarı çıxarmağımızı təklif edir” – Arman Abovyanbackend

“Oyun bitib, Paşinyan bizə qırmızı paltarı çıxarmağımızı təklif edir” – Arman Abovyan

“Son bir ayda hökumət və xüsusən də Nikol Paşinyan itirdiyi nüfuzunu bərpa etmək üçün əlindən gələn hər şeyi edir. Amma bilməliyik ki, Nikol və komandası çox ciddi maliyyə və idarəetmə “rıçaq”ları əldə etdikdə vəziyyət daha da ağırlaşacaq”.

KONKRET.az erməni mediasına isinadən xəbər verir ki, bu sözləri Arman Abovyan öz müsahibəsində deyib.

O daha sonra fikirlərini belə davam etdirib: “İndiki hakimiyyətin Ermənistanın başına gətirdiyi acınacaqlı geosiyasi vəziyyətdə bu cür daxili təlatümlər ümumi mənzərəni görməyə imkan vermir. Hakimiyyət çox yaxşı bilir ki, reytinqi rüsvayçı şəkildə aşağı düşür”.

Onun sözlərinə görə, 2024-cü ilin əvvəlində ciddi seçki prosesinə start verilib: “İndi iki seçimimiz var: Ya mövcudluğumuzu qoruyacaq, ya da tarixdən silinəcəyik. Düşünürəm ki, oyun bitib. Erməni xalqı gec-tez başa düşəcək ki, bu regional oyunda dəli yerinə qoyulub. Xalq onu da anlayır ki, hökumət düzəldilməsi mümkün olmayan səhvlər edib. Çünki Azərbaycanla müharibə təhlükəsi hələ də qalır.

Nikol Paşinyan bizə qırmızı paltarı çıxarmağımızı, yəni ermənilikdən əl çəkməyi təklif edir ki, öküz bizi yeməsin, yəni türk bizi öldürməsin. Üstəlik, belə olan halda qırmızı paltarı çıxarsaq da, bizi öldürməyəcəklərinə zəmanət verə bilməyəcəyini deyir”.

Abovyan vurğulayıb ki, Ermənistanı İran ətrafında eskalasiyadan yalnız möcüzə xilas edə bilər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*