“Öz təhlükəsizliyini təmin etməyən ölkənin suverenliyindən danışmaq yersizdir” – Bekaryanbackend

"Öz təhlükəsizliyini təmin etməyən ölkənin suverenliyindən danışmaq yersizdir" - Bekaryan

“Paşinyan hamıya sərf edir, Ermənistandan nə isə qoparmaq istəyənlər onun sayəsində belə bir şans əldə ediblər”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə analitik Karen Bekaryan fikir səsləndirib.

Karen Bekaryanın fikrincə, Azərbaycan bundan istifadə edərək çox şeyə nail olub. Eyni şey Türkiyəyə, kollektiv Qərbə, Rusiyaya da aiddir. Bununla belə, birinin qoparmaq istədiyi digərinə mane olur, nəticədə maraqların toqquşması baş verir: Kimsə maksimumu əldə etməyi bacarır, digəri isə yox”, – Bekaryan vurğulayıb.

“Ermənistan vətəndaşı kimi mən heç vaxt dağıdılmış suverenliyimizə bir daha zərbə vurulmasını istəməzdim. Xaricdən kimisə dəvət etmək əvəzinə cəmiyyətimiz ayılıb, özünə gəlsə və problemi ölkə daxilində həll etsə, daha yaxşı olar. Daim suverenlik deyə qışqıran insanlar özlərinə sual verirlərmi ki, təhlükəsizliyini təmin etməyən ölkənin suverenliyindən danışmaq yersizdir”, – Karen Bekaryan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*