
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, 1 yanvar 2020-ci il tarixindən etibarən BMT-nin biometrik pasportu olan xarici ölkələrin vətəndaşları üçün Özbəkistana daxil olduğu gündən etibarən 30 gün müddətində vizasız rejim tətbiq olunur. Bu barədə prezidentin dekabrın 24-də imzaladığı sərəncamda bildirilib.
Sənədə görə, BMT-nin biometrik pasportu olan xarici dövlətlərin vətəndaşları üçün (pasport – göy rəngdə Laissez-Passer) Özbəkistana giriş vizaları Xarici İşlər Nazirliyi tərəfindən 2 iş günü ərzində dəvət edən tərəfin dəvət məktubu əsasında verilir.
Özbəkistana gedən xarici dövlətlərin vətəndaşları – BMT biometrik pasportlarının sahibi özləri ilə birlikdə milli pasport (səyahət sənədi) olmalı, etibarlılığı BMT-nin biometrik pasportunun etibarlılıq müddətindən az olmamalıdır.