Özbəkistanda Amerika–Özbəkistan Biznes və İnvestisiya Şurası yaradılıb. Onun yaradılması barədə qərarı prezident Şövkət Mirziyoyev ABŞ-a səfərindən və C5+1 sammitində iştirakından dərhal sonra qəbul edib.
KONKRET.az xəbər verir ki, yeni qurumun rəhbərliyinə o, öz qızını – Səidə Mirziyoyevanı təyin edib. Hazırda o, prezident administrasiyasına rəhbərlik edir. Mətbuatda “özbək şahzadəsi” adlandırılan Səidə Mirziyoyeva şuranın həmsədri olub. ABŞ tərəfindən isə bu vəzifəyə Tramp administrasiyasından bir nümayəndə təyin ediləcək.
Şura investisiya layihələri üzərində işləyəcək.
Səidə Mirziyoyevanın bu təyinatı onun iqtisadi diplomatiyada rolunun gücləndirilməsi kimi qiymətləndirilir və bu addım Daşkəndin ABŞ-la əlaqələri möhkəmləndirməyə və islahatları prezidentin yaxın çevrəsinin şəxsi iştirakı ilə irəlilətməyə çalışdığını göstərir.
Bu arada, Özbəkistanın əvvəlki prezidentinin qızı hazırda koloniya-nəzarət müəssisəsində saxlanılır. BMT hesab edir ki, Gülnara Kərimovanın azadlıqdan məhrum edilməsi əsassız və qayda pozuntuları ilə həyata keçirilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
