Özbəkistanlılar Sankt-Peterburqda miqrantlara verilən əmək patentlərinin sayına görə birinci yerdədirlərbackend

Özbəkistanlılar Sankt-Peterburqda miqrantlara verilən əmək patentlərinin sayına görə birinci yerdədirlər

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, özbəklər 2019-cu ildə Sankt-Peterburqda miqrantlara verilən əmək patentlərinin sayına görə birinci olublar. “2019-cu ildə patentlərin 70%-i (126 min) Özbəkistan vətəndaşlarına verilib. Tacikistan işçiləri ikinci yeri tuturlar – 25% (44 min). Moldova və Ukraynadan olan miqrantlar patentlərin yalnız 2%-ni əldə ediblər”, – deyə şəhər əhalisinin Əmək və Məşğulluq Komitəsinin sədri Dmitri Cherneyko bildirib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

İlin sonunadək xarici vətəndaşlara 250 minə yaxın iş patenti verilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu göstərici ötən illə müqayisədə praktik olaraq dəyişməyəcək. Miqrantların 62%-i 21-35 yaş arasındakı gənclərdir. Onların bir çoxu həyat yoldaşları ilə birlikdə Rusiyaya gəlib.

Eyni zamanda, Sankt-Peterburq hakimiyyəti əmək miqrantları üçün patentlərin qiymətini artırmaq niyyətindədir. Gələn ildən etibarən bir patentin dəyərinin 4 min rubla (60 dollar) qədər artması üçün regional əmsalın yenidən nəzərdən keçirilməsi təklif olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*