Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Özgür Özəl qarşıdan gələn qurultayda partiya sədrliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu rəsmən açıqlayıb.
KONKRET.az xəbər verir ki, Türkiyənin ana müxalifət partiyasının tanınmış üzvü olan Özəl ilk dəfə olaraq partiyadaxili liderlik mübarizəsində iştirak etmək qərarına gəlib.
Partiyanın hazırkı sədri, 2010-cu ildən CHP-yə rəhbərlik edən Kamal Kılıçdaroğlu getdikcə istefa çağırışları ilə üzləşir.
Bu, onun mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğana uduzması ilə bağlıdır.
Ümumilikdə Kılıçdaroğlu on seçkidə Ərdoğana uduzub.
Burhan,
KONKRET.az