Özünü 12-ci imam kimi təqdim edən şəxsə 13 il cəza istənildibackend

Özünü 12-ci imam kimi təqdim edən şəxsə 13 il cəza istənildi

Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

KONKRET.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Aqil Babayevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.

  • Nadir Həsənov
    Oktyabr 4, 2023 - 16:10

    İndi qoy öz ilahi qabiliyyətindən istifadə edib zindandan çıxsın

Nadir Həsənov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*