Pakistan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə etdibackend

Pakistan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə etdi

Pakistanın xarici işlər naziri İshaq Dar və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Görüş zamanı tərəflər regionda baş verən son hadisələr və artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

KONKRET.az xəbər verir ki, Nazir Dar türkiyəli həmkarına Hindistanın Pakistan ərazisinə yönəlik həyata keçirdiyi qanunsuz hücumlar, o cümlədən məscidlərə, yaşayış məntəqələrinə və digər dini obyektlərə zərbələr endirildiyini bildirib. Onun sözlərinə görə, hücumlar nəticəsində çoxsaylı dinc sakin həlak olub.

Pakistan rəsmisi əlavə edib ki, ölkəsi öz suverenliyini qorumaq üçün BMT Nizamnaməsinə uyğun şəkildə tədbirlər görmək hüququnu özündə saxlayır.

Telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın İslamabada tam dəstəyini və həmrəyliyini ifadə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*