Pakistanlı direktor: Azərbaycan xalqının birliyi…backend

Pakistanlı direktor: Azərbaycan xalqının birliyi...

Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir.

KONKRET.az xəbər verir ki, bunu Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS, Pakistan) icraçı direktoru Xalid Taymur Akram deyib.

İcraçı direktor bildirib: “Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir və ümid edirik ki, tezliklə məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar”.

Akram vurğulayıb ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin başlandığı andan etibarən Azərbaycanı dəstəkləyib:

“İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birliyinin şahidi olduq və torpaqların azad olunması ilə bağlı Azərbaycanın sevincini bölüşürük”.

İcraçı direktor qeyd edib ki, Azərbaycan ilə Pakistan arasındakı münasibətlər 1991-ci ildən başlayır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 ölkədən biri olub. Ölkələr arasında diplomatik münasibətlər 1993-cü ilin martında qurulub.

trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*