Paltar asmaq istədi – 3-cü mərtəbədən yıxıldıbackend

Paltar asmaq istədi - 3-cü mərtəbədən yıxıldı

Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxılıb. 

KONKRET.az xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb.

1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan binanın üçüncü mərtəbəsindən yıxılıb. 

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*