Papa Qarabağ üçün dua etdi – Fotolarbackend

Papa Qarabağ üçün dua etdi - Fotolar

Katoliklərin dini lideri Papa Fransisk Dağlıq Qarabağ üçün dua edib. 

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, dini məclis Roma bazilikasında təşkil olunub.  Mərasimdə Papa Fransisk və yunan patriarxı Bartholomeos epidemiya və Dağlıq Qarabağ da daxil olmaqla davam edən müharibələr üçün dua ediblər.

Daha əvvəl heç bir dini mərasimdə maskadan istifadə etmədiyi üçün tənqid olunan Papa bu dəfə tibbi maskadan istifadə edib.

Qeyd edək ki, bundan əvvəl Papa Fransiskin 4 cangüdənində COVİD-19 aşkarlanmışdı. qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*