Roma Papası XIV Leo Vatikanın Müqəddəs Pyotr meydanında minlərlə dindar qarşısında ilk bazar xütbəsini oxuyub.
KONKRET.az xəbər verir ki, yeni Papa xütbəsində 60 milyon insanın həlak olduğu II Dünya müharibəsini xatırlayaraq, dünya liderlərini bir daha müharibəyə yol verməməyə çağırıb.
Bundan başqa, Papa XIV Leo Ukraynada ədalətli və möhkəm sülhün əldə edilməsinə nail olmaqdan ötrü zəruri olan bütün addımları atmağa dəvət edib.
Qəzza sektorunda baş verənlərin onu dərindən yaraladığını vurğulayan Papa əhaliyə humanitar yardım göstərməyin və bütün girovların azad edilməsinin vacibliyinə toxunub.
Xatırladaq ki, mayın 8-də konklav dördüncü cəhddən sonra yeni Roma Papasını seçib. Amerikalı kardinal Robert Frensis Prevо bu vəzifəyə seçilərək XIV Leo adını qəbul edib.