Paris-2024: Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə başladıbackend

Paris-2024: Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə başladı

Azərbaycanın daha bir boksçusu Paris-2024 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

KONKRET.az xəbər verir ki, 80 kq-da çıxış edən Murad Allahverdiyev debütdə Abdelrahman Abdelqavvadı (Misir) mübarizədən kənarlaşdırıb.

Təmsilçimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

Allahverdiyevin ikinci görüşü avqustun 2-də olacaq. O, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız Parisə 5 boksçu ilə yollanıb. Onlardan Alfonso Dominqes (92 kq) 1/4 finala yüksəlib. (Apasport)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*