Kamandan oxatma üzrə təmsilçimiz Yaylagül Ramazanova “Paris – 2024” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
1/16 finalda almaniyalı Mişel Kroppenlə görüşən Ramazanova 6:2 hesabı ilə məğlub olaraq növbəti mərhələyə keçə bilməyib.
Qeyd edək ki, idmançımız 1/32 finalda çinli An Qixuana qalib gəlmişdi.
Xatırladaq ki, Y.Ramazanova idman tariximizdə kamandan oxatmada olimpiadaya lisenziya qazanan ilk azərbaycanlıdır.
**
Bu gün Parisdə kamandan oxatma üzrə qadınlar arasında keçirilən yarışda təmsilçimiz Yaylagül Ramazanova qələbə qazanıb.
KONKRET.az xəbər verir ki, Çin idmançısı Qiksuan An ilə qarşılaşan idmançımız 6-5 hesabı ilə rəqibini üstələyərək növbəti mərhələyə keçə bilib.
Qeyd edək ki, Y.Ramazanova idman tariximizdə kamandan oxatma idman növündə olimpiadaya lisenziya qazanan ilk azərbaycanlı idmançıdır.