“Biz anklav gündəmini tərk edə bilmərik”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Ermənistanın “”Arsvaşen”in (Gədəbəy – Başkənd) timsalında bir anklavı var. Biz bundan imtina edə bilmərik. Azərbaycanın anklav məsələsini qaldırıb-qaldırmamasından asılı olmayaraq, biz bu məsələni gündəmdə saxlamaqda maraqlıyıq. Bu mövzu istər-istəməz müzakirələrimizin predmeti olacaq və hər birimiz öz arqumentlərimizi irəli sürəcəyik”, – Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az