Paşinyan: “Azərbaycan Ordusu Xankəndiyə gedən bütün torpaq yollarına birbaşa nəzarət edir”backend

Paşinyan: "Azərbaycan Ordusu Xankəndiyə gedən bütün torpaq yollarına birbaşa nəzarət edir"

Azərbaycan Ordusu Xankəndiyə gedən Kiçik Qaladərəsi, Böyük Qaladərəsi və digər bu kimi kəndlərin torpaq yollarına birbaşa nəzarət edir.

KONKRET.az xəbər verir ki, bu barədə bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında məlumat verib.

“Azərbaycan bunu Ermənistandan Qarabağa hərbi yüklərin və şəxsi heyətin daşınması ilə izah edir. Bu, tamamilə doğru olmayan məlumatdır.

Ermənistan Qarabağa hərbi nəqliyyat keçirmir və Qarabağda ordusu yoxdur”, – deyə Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*