“Paşinyan bilir ki, Bakı ilə zarafat etməyin acı nəticələri olur” – AÇIQLAMAbackend

“Paşinyan bilir ki, Bakı ilə zarafat etməyin acı nəticələri olur” - AÇIQLAMA

Ermənistanda gözlənilən konstitusiya islahatlarından sonra İrəvanın Azərbaycana qarşı ərazi iddialarından geri çəkiləcəyi iddia olunur. Ancaq buna şübhə ilə yanaşanlar da kifayət qədərdir. Onlar hesab edir ki, danışıqlar prosesini ləngitməyə hesablanan bu gedişlərin də bir sonu olmalıdır.

Rusiyalı politoloq Dmitri Babiç hesab edir ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəsə də, ona mane olan qüvvələr yetərincədir: “Azərbaycanla sülh müqaviləsi Paşinyanın Qərb müttəfiqlərinin istəyidir. O, tapşırığı yerinə yetirir və ya ən azı ABŞ və Aİ ölkələrindəki hakim dairələrdə buna çalışırmış kimi təəssürat yaratmağa çalışır. Bu, onun siyasətinin əsas xəttidir. Paşinyanın bəzi bəyanatları ona millətçilərə “hesabat vermək” üçün lazımdır”.

Qazaxıstanlı politoloq Ruslan Salixov isə bildirib ki, Qərbdən dəstək gözləyən Paşinyan öhdəliklərin icrasını maksimum gecikdirir:

“Paşinyan həqiqətən də böyük planlar qurmur, o, ani bəxtlərin və təsadüfi hadisələrin siyasətçisidir. Bu mənada deyə bilərik ki, o, bir siyasətçi kimi çoxdan siyasi iradə nümayiş etdirməyi dayandırıb. Sadəcə  axınla gedir və heç nəyə cavabdeh olmadığını daim vurğulayır. “Mənim bununla heç bir əlaqəm yoxdur” devizi altında davam edən Paşinyan kursu ona məsuliyyətdən uğurla qurtulmağa imkan verir. Nikol dəyişməyə çalışsa da, ətrafdakı şərait  Ermənistanın əleyhinədir. Diqqət edin, Paşinyan 44 günlük müharibədə məğlubiyyətə görə məsuliyyəti dərhal rədd edərək, buna görə Ermənistanın əvvəlki liderlərini günahlandırdı. Yeri gəlmişkən, indiyə qədər revanşistlərin həddən artıq aşağı reytinqini nəzərə alsaq, görünür bu, işə yaradı. Paşinyanın ictimai çıxışları da kamuflyaj edilmiş müraciətdir. Lakin Azərbaycanın 2022 və 2023-cü ilin sentyabrında atdığı addımlar Paşinyanı və onun kabinetini nəzərəçarpacaq dərəcədə qorxudub. Artıq Ermənistanda hər kəs anlayıb ki, Bakı ilə zarafat etməyin acı nəticələri olur. Ona görə də Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa razı olacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*