Ermənistan baş naziri Nikol Paşinyan BMT Baş Assambelyasının tribunasından sərt çıxış edib.
KONKRET.AZ xəbər verir ki, Qarabağ münaqişəsi ilə bağlı çıxış edən Paşinyan beynəlxalq tribunadan Azərbaycan və Türkiyənin ünvanına əsassız ittihamlar səsləndirib.
“Türkiyə Ermənistana qarşı düşmənçilik siyasəti yürütməkdə davam edərək sərhədləri bağlı saxlamaqda, “erməni soyqırımı”na bəraət qazanmaqda və Azərbaycan hərbi yardım göstərməkdə davam edir. Türkiyə Ermənistanın milli təhlükəsizliyinə ciddi təhlükə törədir”, – deyə Paşinyan çıxışında deyib.
Baş nazir Azərbaycan torpaqlarına qarşı təcavüzü də açıq dillə dəstəkləyib.