“Paşinyan bu məsələni ortaya atmaqla ermənilərin “gözünə kül üfürməyə” çalışır” – ƏTRAFLIbackend

"Paşinyan bu məsələni ortaya atmaqla ermənilərin "gözünə kül üfürməyə" çalışır" - ƏTRAFLI

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın 7 kəndinin qaytarılması müqabilində Azərbaycan ərazisindəki Başkənd anklavının da Ermənistana verilməsinin mümkünlüyü ilə bağlı çıxış edib. Onun sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Görünən odur ki, Nikol erməni cəmiyyətinin rəğbətini qazanmaqdan ötrü Azərbaycana şərt irəli sürməyə çalışır. Bəs görəsən, Paşinyanın birdən-birə Başkənd anklavını xatırlaması nə ilə əlaqədardır? Ümumiyyətlə, Başkəndə ermənilərin yerləşdirilməsi və ya kəndin Ermənistanın tərkibinə verilməsi mümkündürmü?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Paşinyanın Azərbaycan anklavları ilə bağlı məsələ qaldırması və bunun müzakirə mövzusu olduğunu təsdiq etməsi müsbət haldır: “Bu, onu göstərir ki, Ermənistan artıq həmin kəndlərin geri qaytarılmasının vacibliyi haqda düşünür. Baxmayaraq ki, Ermənistan müxalifəti Paşinyanın hərəkətləri ilə bağlı çox ciddi təzyiqlər göstərir. Bu gün Paşinyan Ermənistanda bir nömrəli düşmən hesab olunur və ona qarşı çıxanların sayı durmadan artır. Bu, Nikolun rəsmi Bakı ilə sülh müqaviləsi istiqamətində apardığı işlərlə, o cümlədən Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməsiylə bağlıdır. Bizim anklavların qaytarılması məsələsinin ortalığa atılması danışıqlar prosesində müəyyən nəticələrə yaxınlaşdığımızı göstərir. Amma Azərbaycan tərəfi kəndlərin dəyişdirilməsi məsələsinə getməyəcək. Çünki rəsmi Bakı bu barədə dəfələrlə bəyanatlar səsləndirib”.

Professor Əlimusa İbrahimov: Vətən müharibəsi şanlı tariximizin ən parlaq səhifəsidir - AZƏRTAC

Əlimusa İbrahimovun sözlərinə görə, rəsmi Bakı Başkəndin Ermənistan anklavı olmasını qəbul etmir:” Bununla bağlı Azərbaycan tərəfi heç bir bəyanat səsləndirməyib. Amma hesab edirəm ki, yaxın günlərdə sözügedən məsələyə aydınlıq gətiriləcək. Başkənd məsələsini ortalığa atması Paşinyanın erməni toplumunun “gözünə kül üfürməsi” kimi qəbul edilə bilər. Çünki Ermənistanın baş naziri bütün məsələlərdə Azərbaycanın tələblərini yerinə yetirməyə məcburdur. Əks halda İrəvanı nələrin gözlədiyini yaxşı bilir. Ona görə də, Başkənd məsələsini ortaya atmaqla özünü erməni cəmiyyətinin gözündə yüksəltməyə çalışır. Amma Azərbaycan heç vaxt ərazi dəyişdirilməsi məsələsinə getməyəcək. Rəsmi Bakı öz torpaqlarını geri qaytarmaq istiqamətində mübarizə aparır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*