Paşinyan Əliyevlə Kopenhagen görüşünə İŞARƏ ETDİ və “Zəngəzur”la bağlı bunları dedi – Əsas HƏDƏFİMİZ…backend

Paşinyan Əliyevlə Kopenhagen görüşünə İŞARƏ ETDİ və "Zəngəzur"la bağlı bunları dedi - Əsas HƏDƏFİMİZ...

Ermənistan və Azərbaycan liderləri Kopenhagendə “Tramp yolu” boyunca elektrik xətlərinin və qaz kəmərinin çəkilişini müzakirə ediblər. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən regional təhlükəsizlik konfransında deyib. Maraqlıdır, layihənin reallaşması Zəngəzur dəhlizi ilə bağlı danışıqlara necə təsir göstərəcək?

Mövzuya KONKRET.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli şərh edib:

Azərbaycan ABŞ-ın erməni layihəsini birdəfəlik sıradan çıxarıb — Politoloq

“Rəsmi Bakı son dövrlər İrəvana qarşı müəyyən pozitiv addımlar atır. Azərbaycan ərazisindən Ermənistana Rusiya və Qazaxıstan taxılının tranzitinə icazə verilib. Bu, Ermənistan üçün böyük iqtisadi əhəmiyyət daşıyır”.

Politoloqun sözlərfinə görə, Paşinyanın Azərbaycan dövlətinə təşəkkür etməsi onu göstərir ki, İrəvan bu jestlərin dəyərini anlayır. Lakin Ermənistan hakimiyyətinin əsas hədəfi ölkəni tam blokadadan çıxarmaq və bütün regional nəqliyyat-kommunikasiya layihələrində iştirak etməkdir.

“Zəngəzur dəhlizi Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu xətt Avropanı Orta Asiya ilə birləşdirəcək strateji marşrutun tərkib hissəsidir. Ermənistan bu dəhlizə qoşulasa, həm geoiqtisadi sistemə inteqrasiya imkanları qazanacaq, həm də dövlət büdcəsinə ciddi maliyyə gəlirləri əldə edəcək”.

Politoloq hesab edir ki, İrəvan elektrik xətləri və qaz kəmərlərinin çəkilməsi kimi yeni ideyaları da məhz bu məqsədlə gündəmə gətirir. Bu cür layihələrin təşviqi Paşinyan hakimiyyətinin siyasi maraqlarına uyğun gəlir, xüsusilə də gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda bu, aktualdır.

“Bu layihələrin reallaşması üçün Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması qaçılmazdır. O xəbərdarlıq edir ki, sülh imzalanmadan bir çox kommunikasiyaların açılması və böyük regional layihələrin icrası mümkün olmaya bilər”.

Xalidbəyli əlavə edib ki, yekun sülh sazişi üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələb olunacaq və Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə bu istiqamətdə həlledici addımların atılması ehtimalı yüksəkdir.

Nəticə olaraq, ekspert qeyd edir ki, “Tramp yolu” üzrə elektrik və qaz infrastrukturunun müzakirəsi sülh prosesinin tərkib hissəsi kimi qiymətləndirilə və Zəngəzur dəhlizi ilə bağlı danışıqları da sürətləndirə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*