Paşinyan erkən seçkiyə hazırlaşırbackend

Paşinyan erkən seçkiyə hazırlaşır

Ermənistan Baş naziri Nikol Paşinyanın komandasının üzvləri onun növbədənkənar parlament seçkilərinə hazırlaşdığını bildirirlər.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Paşinyanın yaxın çevrəsini təəccübləndirən məqam seçkilərə hələ 8 ay qalmış artıq seçki qərargahının rəhbərinin və təşviqat üzrə müavinin təyin edilməsi olub. Bu tələskənlik hökumət komandasını baş nazirin növbədənkənar seçkilərə hazırlaşdığı qənaətinə gətirib”, – nəşr bildirib.

Qəzet yazır ki, bu dəfə seçki qərargahına baş nazirin aparat rəhbəri Araik Arutyunyan təyin olunub. 2021-ci ildə bu vəzifəni müdafiə naziri Suren Papikyan icra edirdi.

Qeyd edək ki, Ermənistan parlamentinə növbəti seçkilər 2026-cı ilin iyununda keçirilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*