“Paşinyan Konstitusiyanı bu maddələri ləğv etmək üçün dəyişir” – Hansılardır və o bəndlərdə nə yazılıb?backend

“Paşinyan Konstitusiyanı bu maddələri ləğv etmək üçün dəyişir” – Hansılardır və o bəndlərdə nə yazılıb?

Ermənistan Baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasında dəyişiklik etməyə hazırlaşması düşmən ölkədə birmənalı qarşılanmayıb.

Paşinyanın bu niyyəti Ermənistanın siyasi dairələrində geniş müzakirəyə səbəb olub. Ermənistanda siyasi ekspertlər hesab edirlər ki, yeni Konstitusiya idarəetmə mexanizmini dəyişməyəcək.

KONKRET.az xəbər verir ki, politoloq Vigen Akopyan bildirib ki, Paşinyanı narahat edən Ermənistan Konstitusiyasında Qarabağla bağlı bəzi müddəalardır. O hesab edir ki, hakimiyyət Qarabağdan birdəfəlik imtina etmək üçün Konstitusiyada da dəyişiklik etməyə tələsir. 

Parlamentin “Ermənistan” fraksiyasından olan deputatı Kristin Vardanyan isə özünün “Facebook” səhifəsində yazıb ki, ölkənin hazırkı Konstitusiyası Paşinyana problem yaradır. Ermənistan Konstitusiyasının preambulasında Qarabağa Ermənistanla birləşmək hüququnu tanıyan bənd yer alıb. Konstitusiyanın erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyən 11-ci bəndi də problemli hesab olunur.

Bundan əlavə, dəyişiklik baş versə, 18-ci maddə də aradan qaldırılacaq. Orada “erməni Apostol Kilsəsinin erməni xalqının mənəvi həyatında unikal missiyası” adlı bənd yer alır.

Daha bir problem Ermənistan Respublikasının rəmzləri ilə bağlı Konstitusiyadakı 21-ci maddədir. Həmin maddəyə əsasən Türkiyə ərazisində yerləşən Ağrı dağı Ermənistan Respublikasının dövlət gerbində əks olunub. Ekspertlər hesab edirlər ki, ermənilərin milli simvol hesab etdikəri Ağrı dağı da Ermənistanın gerbindən silinəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*