Paşinyan Ovik Ağazaryanın deputat mandatından məhrum edilməsini tələb edib – DETALLARbackend

Paşinyan Ovik Ağazaryanın deputat mandatından məhrum edilməsini tələb edib - DETALLAR

Ovik Ağazaryan qanunda nəzərdə tutulmuş bütün mexanizmlərdən istifadə edilərək deputat mandatından məhrum edilməlidir.

KONKRET.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

Onun sözlərinə görə, Ağazaryan dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatların ötürülməsində iştirak edib. Hüquq-mühafizə orqanları məlumatın sızması faktı ilə bağlı baş nazirə məlumat veriblər, bundan sonra “Vətəndaş müqaviləsi” partiyası deputatı öz sıralarından xaric etmək qərarına gəlib.

Daha əvvəl hakim fraksiyanın rəhbəri Ayk Konjoryan sızma faktı barədə məlumat verib. O, xüsusilə qeyd edib ki, Ağazaryan fraksiya iclaslarında müzakirə olunan məlumatları, o cümlədən dövlət təhlükəsizliyi məsələlərinə toxunan informasiyaları üçüncü şəxslərə ötürüb.

Partiya İdarə Heyətinin iclasında Ağazəryan bu ittihamları təkzib edə bilməyib.
Hökumət başçısı əlavə edib ki, Ermənistanın siyasi sistemi davranışı parlament etikası prinsipləri ilə bir araya sığmayan deputatın səlahiyyətlərinə xitam vermək üçün bütün mövcud rıçaqlardan – siyasi, mənəvi və hüquqi vasitələrdən istifadə etməlidir.
Qeyd edək ki, Ağazəryanla bağlı insidentin daha geniş anlamı var. Belə ki, oktyabr ayında onunla İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan arasında ictimai münaqişə baş verib və az qala dava ilə yekunlaşıb.

Daha sonra Kyaramyan bir sıra digər yüksək rütbəli məmurlarla birlikdə vəzifəsindən azad edilib.
Eyni zamanda, münaqişədə iştirak edən deputat Narek Zeynalyan da istefa verib. Ağazaryan isə əksinə, getməkdən imtina edərək “Vətəndaş müqaviləsi”nin sıralarını tərk edərək müstəqil deputat kimi fəaliyyətini davam etdirib.

Günel Mikayılova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*