Paşinyan Putinin andiçmə mərasiminə niyə getmədiyini açıqladı: “Dəvət almamışam”backend

Paşinyan Putinin andiçmə mərasiminə niyə getmədiyini açıqladı: "Dəvət almamışam"

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməməsini dəvətin olmaması ilə əlaqələndirib.

KONKRET.az xəbər verir ki, Paşinyan 2023-cü ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etdiyi halda, Putinin inauqurasiya mərasiminə getməməsinin səbəbini “dəvət almadım”, – deyə izah edib.

Paşinyan qeyd edib ki, o, Türkiyə prezidentindən andiçmə mərasimində iştirak etmək üçün dəvət alıb və bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması gündəmini və onun xüsusiyyətlərini nəzərə alaraq qəbul edib.

“Mən Rusiya prezidentindən dəvət almamışam, amma dəvət alsaydım, bugünkü söhbət mənim üçün heç də az əhəmiyyət kəsb etməzdi. Çünki biz çox vacib məsələləri müzakirə edirik. Ümid edirəm ki, siz də bunu eyni cür qiymətləndirəcəksiniz, çünki siz bunu əhəmiyyətsiz hesab edirsinizsə, o zaman suallar niyə verirsiniz…”, – deyə Ermənistanın baş naziri vurğulayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*