“Paşinyan Saakaşvilinin taleyini yaşamaqdan qorxur” – Erməni mediasıbackend

“Paşinyan Saakaşvilinin taleyini yaşamaqdan qorxur” – Erməni mediası

Ermənistanda Paşinyan hakimiyyətinə münasibət birmənalı deyil. Onun siyasi kursunu bəyənməyənlər yetərincədir və hesab edirlər ki, Nikol Paşinyan hakimiyyətini itirməkdən qorxur. Ermənistan mətbuatında Paşinyanın və komandasının ən böyük qorxusu ilə bağlı məqalə dərc olunub.

Maraqlı olacağını nəzərə alıb həmin məqaləni KONKRET.az oxucularının diqqətinə çatdırırıq:

“Daxili çəkişmələrin əsas səbəbi qorxudur. Qorxunun müxtəlif səbəbləri var. Elələri var, Saakaşvilinin taleyini yaşamaqdan, digər qismi istintaq olunmaqdan, üçüncü qrup isə topladığı nəhəng kapitalı itirməkdən qorxurlar. Son vaxtlar Nikol Paşinyan partiya strukturlarında olur, öz silahdaşları ilə fəal ünsiyyət qurur. O, mərkəzdənqaçma meyllərini cilovlamaq üçün partiyasını öz nəzarətində saxlamağa çalışır. Nikol etiraf edir ki, Əliyevlə danışıqlar nəticəsiz qalıb, eyni zamanda İlham Əliyevin diktə etdiyi gündəmə xidmət edir.

İndi növbə Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinə çatıb. Bu Azərbaycanın tələbidir və Nikol bu tələbi yerinə yetirməyə hazır olduğunu bildirir. Nikol bilir ki, onun addımları yeni itkilərə səbəb olacaq. O, bilir ki, birtərəfli güzəştlər sülh gətirməyəcək. Amma o, bu yolla gedir, çünki xarici ağaları yalnız bu halda ona şəxsi təhlükəsizlik vəd edirlər. Nikol öz dərisi barədə düşünür. O, başa düşür ki, komanda üzvləri ondan qurtula bilər. Nikolun yoldaşları başa düşürlər ki, onun yeritdiyi siyasət Ermənistanı iflasa aparır. Onlar anlayırlar ki, böyük təlatümlər qarşıdadır. Onu da bilirlər ki, belə hallarda Nikol yoldaşlarını qoyub qaça bilər. Paşinyanın komanda yoldaşları məhz bundan qorxur. Onlar artıq dünənin kasıb, evsiz oğlan və qızları deyillər. Hakimiyyət dəyişikliyindən sonra “məxməri”lər milyonerinə çevrildilər və sərvətlərini itirməkdən qorxurlar.

Onlar həm də Nikol hakimiyyətinin günah keçisi olmaq perspektivindən qorxurlar. Qorxurlar və mübahisə edirlər. Deməli, Nikol komanda üzvlərindən qorxur. Onlar da Nikoldan qorxur.  Onların münasibətləri bir-birinin tamamlayır. Bu daxili çəkişmənin necə həll olunacağı xarici amillərdən və daxili siyasi proseslərdən asılıdır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*