Ermənistanın ABŞ-dakı keçmiş səfiri, baş nazir Nikol Paşinyanla yaxın münasibəti ilə bilinən Lilit Makunts Mülki Müqavilə Partiyasının seçkilərdə qalib gəlməsindən sonra parlamentin spikeri ola biləcəyini düşünür.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Makunts bir müddətdir öz dost çevrələrində Paşinyanın onu parlamentin yeni spikeri kimi görmək istədiyini deyir. Məlumata görə, baş nazir keçmiş səfirə hətta bununla bağlı söz də verib.
Lakin Lilit Makuntsun bunun üçün kifayət qədər səs toplaya bilməyəcəyi güman edilir. Parlamentin hazırkı üzvləri Hayk Konjuryan və Ruben Rubinyan daha real namizəd hesab edilirlər. Adı çəkilən hər iki şəxsin nüfuzu və dəstəkçiləri hətta hazırkı spiker Alen Simonyandan daha çoxdur.
Qeyd edək ki, Lilit Makunts Paşinyan hakimiyyətə gəlmədən öncə onun ingilis dili müəllimi olub.
