Paşinyan sülh sazişindən danışdı, şərt irəli sürdübackend

Paşinyan sülh sazişindən danışdı, şərt irəli sürdü

“Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılmasına dair saziş bağlamağa hazırdır”. 

KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin sentyabrın 7-də keçirilən iclasında deyib.

Ancaq o əlavə edib ki, sülh sazişi beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu və Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin həlli üçün Laçın yolunun açılması əsasında bağlanıla bilər.

Paşinyan deyib ki, Ermənistan 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü ilin mayında Brüsseldə əldə edilmiş razılaşmalara, habelə onun Rusiya və Azərbaycan prezidentləri ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata sadiqliyini vurğulayır.//Yenisabah

  • Rəfael
    Sentyabr 8, 2023 - 00:30

    Bu bizimlə qoz-qoz oynamaq istəyir?
    İ. Əliyev sənə qozun nə olduğunu göstərər.

Rəfael üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*