Paşinyan Türkiyəyə Bakı ilə saziş imzalamaq üçün gedir – YENİ GƏLİŞMƏbackend

Paşinyan Türkiyəyə Bakı ilə saziş imzalamaq üçün gedir - YENİ GƏLİŞMƏ

Ermənistanın “Qraparak” qəzetinin yazdığına görə, baş nazir Nikol Paşinyan sabah Türkiyəyə səfər etməyə hazırlaşır. Səfərin məqsədi Azərbaycanla yeni bir sazişin imzalanmasıdır.

KONKRET.az bildirir ki, məlumata əsasən, sözügedən sənəddə azərbaycanlıların öz tarixi torpaqlarına, yəni hazırda Ermənistan ərazisində yerləşən bölgələrə qayıdışı məsələsi də əks olunub.

Qəzet qeyd edir ki, bu təşəbbüs Ermənistan cəmiyyətində ciddi narahatlığa səbəb olub. İrəvan hələlik xəbərə rəsmi münasibət bildirməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*