“Paşinyan ya Ermənistanın ölüm hökmünü imzalamalı, ya da istefa verməlidir” – Mamicanyanbackend

"Paşinyan ya Ermənistanın ölüm hökmünü imzalamalı, ya da istefa verməlidir" - Mamicanyan

“Paşinyan ya Ermənistanın ölüm hökmünü imzalamalıdır, ya da istefası ilə bağlı kağıza imza atmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu mayın 25-də Ermənistan parlamentinin iclasında müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Ayk Mamicanyan bildirib.

“Baş nazir Nikol Paşinyanın yalnız iki yolu qalıb: ya Ermənistanın ölüm hökmünü imzalamaq, ya da özünün istefası”, – erməni siyasətçi deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Qarabağla bağlı artıq edəcəyini edib və deyəcəklərini deyib.

“İndi növbə bizdədir – erməni xalqında. Ermənistan əhalisinin 90%-dən çoxu Qarabağın Azərbaycana birləşdirilməsini qeyri-mümkün hesab edir”, – Mamicanyan əlavə qeyd edib.

O, son 5 ildə komandasının Qarabağı “təslim edənləri aradan götürə bilmədiyi üçün” həmyerlilərindən üzr istəyib.

“Bəlkə də imkanlarımız xaricində daha çox səy göstərməli idik və bunu edəcəyik”, – deyə o əmin edib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*