Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə kollektiv rəqsdən görüntülər paylaşıb.
KONKRET.az Musavat.com-a istinadənxəbər verir ki, yayılan kadrlardan Paşinyanın gənclər musiqisi altında özünü kifayət qədər rahat və inamlı hiss etdiyi görünür.
Müşahidəçilərin fikrincə, baş nazir səhnədə — istər baraban arxasında, istərsə də rəqs meydanında sərbəst davranmaqda çətinlik çəkmir. Sosial şəbəkələrdə paylaşılan görüntülər Paşinyanın siyasi imicini “xalq arasında olan lider” kimi təqdim etməyə yönəlik növbəti addım kimi dəyərləndirilir.
Bununla yanaşı, tənqidçilər qeyd edirlər ki, bu cür şou xarakterli paylaşımlar ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi və siyasi problemləri arxa plana keçirmir və ictimai narazılığı azaltmaq üçün simvolik vasitə kimi istifadə olunur.
