Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkə tədricən iqtisadi blokadadan çıxmaq mərhələsinə qədəm qoyur.
KONKRET.az xəbər verir ki, Paşinyan bu qənaətə Azərbaycanın ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırması barədə qərarını əsas gətirərək gəlib.
“Yaxın zamanda iqtisadiyyatımızın strukturunda ciddi dəyişikliklər baş verəcək. Artıq iki gündür müzakirə olunur ki, Azərbaycan Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini ləğv edib. Bu, çox mühüm qərardır və Vaşinqton Bəyannaməsinin sadəcə sənəd deyil, real nəticələr verən razılaşma olduğunu göstərir,” – deyə baş nazir hökumət iclasında bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
