Paşinyandan sülhlə bağlı VACİB AÇIQLAMA: “Təbrik edirik…”backend

Paşinyandan sülhlə bağlı VACİB AÇIQLAMA: "Təbrik edirik..."

“Azərbaycanla sülh bəyannaməsinin imzalanması ölkə üçün mühüm siyasi hadisədir. Özümü və komandamı bu uğur münasibətilə təbrik edirəm”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan ABŞ-a səfəri ərəfəsində sənədin mətni üzərində geniş müzakirələrin aparıldığını bildirib.

Onun sözlərinə görə, hökumət üzvləri, Təhlükəsizlik Şurasının geniş tərkibi, Ermənistan prezidenti, parlament nümayəndələri və bölgə rəhbərləri sənədin detallı analizini həyata keçiriblər.

“Bütün bu müzakirələrdən sonra biz belə qənaətə gəldik ki, bu addımı atmaq vacibdir”, – Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*