Paşinyanın ABŞ-da keçirdiyi görüşlərin əsas mövzusu: Nikol Vaşinqtondan nə istəyib?backend

Paşinyanın ABŞ-da keçirdiyi görüşlərin əsas mövzusu: Nikol Vaşinqtondan nə istəyib?

Paşinyanın ABŞ-dakı görüşlərinin əsas mövzularından biri də Cənubi Qafqazda sülhün əldə olunmasıdır. Ermənistanın baş naziri bildirib ki, Vaşinqtonun dəstəyi Cənubi Qafqazda sülh gündəminə yardımından ibarət olmalıdır.

KONKRET.az xəbər verir ki, bu fikirləri Paşinyan ABŞ-da keçirdiyi görüşlərin birində səsləndirib.

“ABŞ nöqteyi-nəzərindən Ermənistanı dəstəkləmək üçün ən təsirli vasitə Cənubi Qafqazda sülhün əldə edilməsi gündəliyinin siyasi elitanın prioritetləri sırasına salınmasıdır. Çünki insanların azadlıqlarını qorumaq üçün ən yaxşı vasitənin sülh olduğuna inanıram. Cənubi Qafqazda yalnız sabit sülh demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi üçün lazımi mühiti təmin edə bilər”, – Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*