Paşinyanın KTMT ilə bağlı SON AÇIQLAMASIbackend

Paşinyanın KTMT ilə bağlı SON AÇIQLAMASI

“Ermənistan hakimiyyətinin müşahidələri göstərir ki, KTMT-nin de-fakto hərəkətləri və ya hərəkətsizliyi onun ölkə qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir”.

KONKRET.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə vətəndaşların suallarını cavablandırarkən deyib.

Hakimiyyətin niyə KTMT-dən çıxmaq barədə qərar qəbul etməməsi ilə bağlı suala münasibət bildirən Paşinyan cavab verib ki, siyasi iradə var və Ermənistanın maraqları nəzərə alınmaqla qərar veriləcək: “Niyə biz KTMT-dən çıxmaq və ya KTMT üzvlüyünə xitam vermək barədə qərar qəbul etməmişik və verməyəcəyik? Biz Ermənistanın dövlət maraqlarından çıxış edərək qərar verəcəyik. Məlumatlarımız göstərir ki, faktiki olaraq KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir. Biz isə bu məsələni açıq şəkildə qaldırırıq”.

Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi KTMT-nin mövqeyini başa düşmək, eləcə də özünün mövqeyini quruma çatdırmaq üçün bütün tədbirləri görməyə hazırlaşır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*