Pelosi ilə təyyarə artıq Tayvana yaxınlaşır.
KONKRET.az xəbər verir ki, Pelosinin Tayvana səfəri fonunda Çin ordusu adaya zirehli texnika və təyyarələr yığır.
Buna cavab olaraq, amerikalılar havaya zərbə qüvvəsi olan aviasiya qruplarını daşıyan təyyarə qaldırıblar.
Böyük müharibə hər an başlaya bilər.
Tayvanın nəzarətində olan bütün “xarici” adalar 1996-cı il böhranından sonra ilk dəfə tam hazır vəziyyətə gətirilib.
The Hill nəşri də “Tayvan Baydenin Yeni Ukraynası olacaqmı?” başlıqlı yazı dərc edib.
Müəllifin fikrincə, “Bayden hələ dərk etməyib ki, Tayvanın dünyadakı Amerika gücünün gələcəyi üçün Ukraynadan qat-qat önəmlidir”.
“Lakin prezident Si Cinpinin Baydenin “rəhbərliyi” ilə Tayvana hücum etmə ehtimalı var. Çin Tayvanı udmaqla Amerikanın dünya hökmranlığının tabutuna son mismar vuracaq”, – deyə nəşr yazıb.
Xuraman Etibarlı,
KONKRET.az