Pəncərə silərkən yıxılıb öldübackend

Pəncərə silərkən yıxılıb öldü

Dünən axşam saatlarında Abşeron rayonu Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

KONKRET.az Bakupost.az-a istinadla xəbər verir ki, saat 17 radələrində 1960-cı il təvəllüdlü Həmidə Quliyeva yaşadığı çoxmərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Qadın hadisə yerində vəfat edib.

Onun pəncərəni silərkən ehtiyatsızlıqdan yıxıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*