Çinin Çunçin şəhərində bir nəfər çoxmərtəbəli binanın yanından keçənlərin üzərinə düşüb.
KONKRET.az xəbər verir ki, Hubei əyalətindən olan 31 yaşlı kişi eyvandan yıxılıb.
Həmin vaxt 15 və 17 yaşlı iki qız binanın ətrafında hərəkət edirmiş.
Kişinin yıxılması nəticəsində onların üçü də ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.