backend

Peskov: "Krıma qarşı istənilən iddiaya lazımi cavab veriləcək"

“Krım Rusiya Federasiyasının tərkib hissəsidir. Ona görə də Rusiya ərazisinə qarşı istənilən iddiaya müvafiq cavab veriləcək”.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın Qərbin Kiyevi Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli raketlərlə təmin etməli olması barədə sözlərini şərh edib.

Qeyd edək ki, avqustun sonunda Ukrayna Prezidenti Volodimir Zelenski Krımı qaytaracağına söz verib.

Ötən həftə “The Wall Street Journal” Ukraynanın ABŞ-dan əlavə silah, o cümlədən uzaqmənzilli raket sistemləri tələb etdiyini yazıb. Mətbuatın məlumatına görə, Pentaqon Kiyevə uzaqmənzilli raketlərin verilməsinin əleyhinədir. Almaniya kansleri Olaf  Şolts da Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya silah verməkdən imtina edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*